SILK WAY CONSTRUCTION

“SILK WAY CONSTRUCTION” MMC 03 aprel 2007-ci il tarixində yaradılmışdır. Cəmiyyatin fəaliyyəti aviasiya subyektlərində təmir-tikinti, quraşdırma, abadlıq və sair bu kimi işlərə olan tələbatların yerinə yetirməsinə yönəldilib. Qeyd edilən sahədə göstərilən xidmətlərin daha da genişləndirilməsi və səviyyəsinin artırılması məqsədi ilə 20 fevral 2008-ci il tarixində Cəmiyyətin tərkibində “SW Beton” və “SW Maintance and Cleaning” filialları yaradılmışdır. Bu filiallar müasir avadanlıqlarla təchiz edilmiş: “SW Beton” filialı yüksək standartlara cavab verən beton və beton məmulatları istehsal edir, “SW Maintance and Cleaning” filialı isə aerovağzal komplekslərin təmizlik işlərini həyata keçirir, eyni zamanda bütün avadanlıqlara texniki xidmət göstərir.